Şəmkirdə Kür çayında batanların kimliyi dəqiqləşib 

Kür çayının Şəmkir rayon Dəllər Cırdaxan kənd ərazisində batanların kimliyi bəlli olub.

"Report"un Qərb bürosunun məlumatına görə, onlar Qazax rayon sakinləri 2003-cü il təvəllüdlü Nurlan Elburus oğlu Kərimov və onun 2008-ci il təvəllüdlü qardaşı Akşin Elburus oğlu Kərimovdur.

Onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.