Xırdalanda yaşayış binasında yanğın olub

Abşeron rayonunun Xırdalan şəhərində yanğın olub.

FHN-dən APA-ya verilən xəbərə görə, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı, 1 ədəd kondisioner mühərriki, 1 ədəd elektrik sobası və 1 ədəd qaz sayğacı yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.