Bakıda əlbəyaxa dava: bıçaqlanan var

Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sherg.az APA-ya istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Ramil Vəliyeviç Həsənov küçədə tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.