
Aygün Əzimova: Qərar prezidentimizin Üzeyir bəyin ruhuna verdiyi dəyərin, hörmətin təzahürüdür
09:31 04.02.2025
Mədəniyyət
1059
Tarixi həqiqətlər gün üzünə çıxır
Üzeyir Hacıbəyli Azərbaycanın müstəqilliyini, üçrəngli bayrağımızı və milli kimliyimizi hər zaman ön planda tutub
Prezident İlham Əliyev Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş qüdrətli sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünün layiqincə keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı verilən sərəncam haqqında "Sherg.az"a açıqlama verən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Mətbuat Tarixi kafedrasının dosenti Aygün Əzimova bildirib ki, bu, vaxtında verilmiş bir qərardır:

"Çünki Üzeyir bəyin torpağı azad olunmuş torpaqdır. Bu, Üzeyir bəyin ruhu qarşısında prezidentimizin verdiyi dəyərin, ona olan sədaqətinin və hörmətinin təzahürüdür. Ona ehtiram göstərmək, xidmətlərini qiymətləndirmək üçün bir məkan, bir memorial kompleksin yaradılması vacibdir. Bu, prezidentimizin təkcə Üzeyir bəyə olan hörməti deyil, həm də Qarabağ və Şuşa sakinlərinə, ümumiyyətlə, Azərbaycan xalqına verdiyi dəyərin göstəricisidir. Şuşanın son beş ildə qazandığı dəyər və inkişaf da bunu sübut edir. Üzeyir Hacıbəyli yalnız Qarabağ və Azərbaycan üçün deyil, dünya miqyasında tanınan bir şəxsiyyətdir.
Uzun illər Azərbaycan ictimaiyyəti onu yalnız musiqiçi və akademik kimi tanıyıb. Halbuki o, bir publisist kimi Azərbaycan Mətbuat tarixində dərin iz buraxıb. Sovet dövründə bu mövzular qəsdən diqqətdən kənarda saxlanılıb, çünki onun siyasi baxışları, toxunduğu problemlər və müdafiə etdiyi ideallar sırf azərbaycançılıqla bağlı olub. O, Azərbaycanın müstəqilliyini, üçrəngli bayrağımızı və milli kimliyimizi hər zaman ön planda tutub. Lakin bu dəyərlər uzun illər kölgədə qalıb, müəyyən məhdudiyyətlərə məruz qalıb. İndi isə bu tarixi həqiqətləri gün üzünə çıxarmaq, Üzeyir Hacıbəylinin fəaliyyətini layiqincə dəyərləndirmək və gələcək nəsillərə çatdırmaq vacibdir. Hesab edirəm ki, bu qərar, eyni zamanda, bir daha təsdiq edir ki, Qarabağ Azərbaycandır!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm