
İşxanyanın etirafları təkzibolunmaz faktlardır - ŞƏRH
Yusif Nəzərli
07:31 05.04.2025
Gündəm
478
Erməni separatçıları 30-35 il ərzində Ermənistandan və Kremldən idarə olunmaqla əsl mütəşəkkil terror şəbəkəsi kimi fəaliyyət göstəriblər
Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyan dövlət ittihamçısının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün məqsədi barədə sualını cavablandırıb. “Daşnaksütyun” Partiyasının fəal üzvlərindən biri olduğunu deyən D.İşxanyan suala cavabında bildirib: “O dövr üçün mən deyə bilmərəm, çünki o dövrdə çox gənc idim. Amma yetkinləşdiyim dövrdə strateji məqsədlərin, strateji prinsiplərin nələr olduğunu artıq başa düşmüşdüm. Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 4-də davam etdirilib.
Siyasi şərhçi Bəybala Mirzəyevin “Sherg.az”a açıqlamasına görə, David İşxanyan Birinci Qarabağ müharibəsində batalyon komandiri olub. 30 il davam edən işğal dövründə qondarma "dqr"-nın "siyasi lider"lərindən biri kimi tanınıb:

“D.İşxanyan, həmçinin, Erməni İnqilabi Federasiyasının - "Daşnaksütyun" Partiyasının ən fəal üzvlərindən biri idi. “Daşnakasutyun” Partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş "parlament sədri" olan D.İşxanyan bir daşnak kimi Azərbaycan xalqına dərin nifrət bəsləyib, qatı türkəfob olub. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı bizim Xüsusi Təyinatlılarımız bu canini də yaxalayıb qandallayaraq Bakıya gətiriblər. Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində David İşxanyan dövlət ittihamçısının "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün məqsədi" barədə sualını cavablandırarkən həqiqəti etiraf edib. Belə ki, “Daşnaksütyun” Partiyasının fəal üzvlərindən biri olduğunu deyən D.İşxanyan suala cavabında bildirib ki, "strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi”. David İşxanyan Birinci Qarabağ müharibəsi zamanı qondarma rejimin “ordu”sunun idarə olunmasının Serj Sərkisyan və Samvel Babayan tərəfindən həyata keçirildiyini bildirib. O, həmçinin Birinci Qarabağ müharibəsi zamanı tabor komandiri olaraq Ağdərədə, Xocavənddə, Kəlbəcərdə, Ağdamda Azərbaycan hərbçilərinə qarşı döyüşdüyünü etiraf edib və Monte Melkonyana tabe olduğunu bildirib. “Xocavənddə 8 tabor var idi, mən də onlardan birinin komandiri idim. Səkkiz tabor rayonun “müdafiə xətti”nə tabe idi, onun rəhbəri Monte Melkonyan, “ordu”nun komandiri isə Samvel Babayan idi”, - deyə D.İşxanyan bildirib. O, sıradan bir erməni millətçisi olmayıb. Azərbaycan ordusuna qarşı döyüşdüyünə görə İşxanyana Ermənistan rəhbərliyi tərəfindən "Döyüş xaçı" ordeni də verilib”.
Siyasi ekspertin sözlərinə görə, İşxanyan qondarma rejimin "parlament sədri" olduğu dönəmdə Rusiya, İran, Fransa, ABŞ və Avropa ölkələrinin parlament rəhbərlərinə açıq məktublar göndərərək, onları Azərbaycana təzyiq göstərməyə çağırıb:
“D.İşxanyan Ruben Vardanyanla da ünsiyyət qurduğunu, müzakirələr apardığını bildirib. Göründüyü kimi erməni separatçıları 30-35 il ərzində Ermənistandan və Kremldən idarə olunmaqla əsl mütəşəkkil terror şəbəkəsi kimi fəaliyyət göstəriblər. İşxanyanın etirafları təkzibolunmaz faktlardır. Onun və digər separatçı-terrorçu ünsürlərin etirafları Moskvanın və İrəvanın Azərbaycan torpaqlarının işğal edilməsindəki rolunu yavaş-yavaş gün üzünə çıxarır. Başqa sözlə desək, bütün yollar İrəvan və Moskvaya aparır...”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat