Zelenski: Rusiyanın Krivoy Roqa zərbəsi beynəlxalq ictimaiyyətin diqqətindən yayınmamalıdır
Yusif Nəzərli
14:53 05.04.2025
Gündəm
374
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Krivoy Roqa endirdiyi zərbənin beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmamasının vacibliyini vurğulayıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
V.Zelenski, həmçinin raket zərbələrindən müdafiəni təmin etmək üçün əlavə “Patriot” sistemlərinin tapılmasında ABŞ-nin köməyinə ümid etdiyini bildirib.
"Biz, xüsusilə, ABŞ tərəfi ilə bu cür raket zərbələrindən qorunmaq üçün əlavə hava hücumundan müdafiə sistemləri barədə danışdıq. Əlavə "patriot"ların tapılmasında kömək vəd edən Birləşmiş Ştatlar Prezidenti ilə razılaşmalarımıza ümid edirik", - V.Zelenski qeyd edib.
Qeyd edək ki, Ukraynanın Krivoy Roq şəhərindəki yaşayış məhəlləsinin atəşə tutulması nəticəsində 18 nəfər, o cümlədən 9 uşaq həlak olub. Faciə ilə əlaqədar aprelin 7-9-u Krivoy Roqda matəm elan edilib.
Rusiyanın aprelin 4-də Krivoy Roqu ballistik raketlərdən atəşə tutması nəticəsində yaralananların sayı 72 nəfərə çatıb.
"Hazırda xəstəxanalarda 46 yaralı var, onlardan 5-i uşaq, 23-ü qadındır. 19 nəfərin vəziyyəti ağırdır, onlardan dördü uşaqdır. Qızlardan birinin cəmi 3 yaşı var. Ən yaşlı xəstə isə 81 yaşındadır. Həkimlər əllərindən gələni edirlər", - şəhərin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat