İstanbul-London təyyarəsində qarışıqlıq: Bir nəfər sərnişinlərə hücum etdi
12:54 12.05.2025
Hadisə
521
İstanbul Sabiha Gökçen Hava Limanı – London Stansted reysinə hazırlaşan təyyarədə vəziyyət bir anda qarışıb.
Sherg.az xəbər verir ki, bir sərnişin digər sərnişinlərə hücum edib. Hadisədən sonra təyyarənin pilotunun “Təyyarədə dava var, bizə polis lazımdır” sözləri qeydə alınıb.
Əldə edilən məlumata görə, Pegasus Hava Yollarına məxsus PC-1169 reys nömrəli Airbus A321 NEO tipli təyyarə İstanbul Sabiha Gökçen – London Stansted reysini həyata keçirmək üçün sərnişin qəbulunu tamamlamışdı.
Bu zaman təyyarədə olan sərnişinlərdən biri oturduğu yerdə qışqırmağa başlayıb və onu sakitləşdirməyə çalışan digər sərnişinlərə hücum edib.
Təcavüzkar sərnişin zərərsizləşdirildikdən sonra, kabin heyəti vəziyyəti pilotun diqqətinə çatdırıb.
Hadisə ilə bağlı təyyarənin pilotu hava hərəkətinə nəzarət mərkəzi ilə əlaqə saxlayaraq “Bizə polis lazımdır, təyyarədə dava var” sözləri ilə vəziyyəti bildirdi.
Pilotla qüllə arasında olan danışıqlar qeydə alınıb. Polis qrupları hadisə yerinə gələrək həmin sərnişini təyyarədən endirib.
Hadisəyə görə İstanbul Sabiha Gökçen – London Stansted reysi 1 saat 23 dəqiqə gecikmə ilə həyata keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib
20:18 09.11.2026
Dünya
Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
19:44 09.11.2026
Gündəm
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya