Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə meneceri ilə görüşdü - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Mayklla görüşüb.
Bu barədə nazir “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
“Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Mayklla DB ilə səmərəli əməkdaşlıq, birgə layihələrin icra vəziyyəti, yeni təşəbbüslər və perspektivlər barədə müzakirə apardıq”.