Nazir: “Qarabağ və Şərqi Zəngəzurda işlər inkişaf strategiyası çərçivəsində maliyyələşdiriləcək”

"Azərbaycanda gələn il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və yenidənqurma işləri "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində maliyyələşdiriləcək".
“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Gələn il strategiyanın icrası üçün 5,2 milyard manat vəsait nəzərdə tutulub, bunun, təxminən, 60%-i (3 milyard manat) işğaldan azad edilmiş ərazilərin inkişafına yönəldiləcək”, - o deyib.