Azərbaycanın dövlət büdcəsinin qalığı 77 dəfə artıb

Bu ilin yanvar-oktybar aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 27 milyard 29,5 milyon manat, xərcləri isə 23 milyard 206,1 milyon manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 33,6 % və 15 % çoxdur.
Son nəticədə büdcədə 3 milyard 823,4 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 77,2 dəfə çoxdur.