Süni qiymət artımı görürük 

Buna görə də büdcədə bu istiqamətdə nəzərdə tutulan vəsaitin inflyasiyanı üstələməsi lazımdır

  "Əməkhaqqı, müavinət artacaq xəbərinin səhəri qiymətlər daha sürətlə artır". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib. O bildirib ki, insan kapitalının rəqabət qabiliyyətinin artırılması istiqamətində səylər artmalıdır:

"Bu nöqteyi-nəzərdən Azərbaycanda 2013-cü ildə hazırlanmış “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” yenidən işlənməlidir: “Belə addım atılsa, təhsil sahəsində çalışanların maaşı orta aylıq əməkhaqqından yuxarı olacaq. Digər tərəfdən, inkişaf etmiş ölkələrdə elmə ayrılan vəsait adambaşına 700 dollardan çox, Azərbaycanda isə 20 dollardan aşağıdır. 

Hesab edirəm bu istiqamətdə proqram hazırlanmalı, islahatlar çərçivəsində elmə ayrılan vəsait artırılmalıdır. Eyni zamanda büdcədə sosialyönümlü xərclər əhəmiyyətli dərəcədə artıb. Süni qiymət artımı görürük. Buna görə də büdcədə bu istiqamətdə nəzərdə tutulan vəsaitin inflyasiyanı üstələməsi lazımdır. Xüsusilə monopoliyada olan inflyasiyanın yerinə 2023-cü ilin büdcəsində ciddi artım tədbirlərinin həyata keçirilməsi vacibdir”.

  Ə.Məsimli qeyd edib ki, yeni strategiya çərçivəsində təhsilə dövlət tərəfindən ayrılan vəsaitin indiki ÜDM-nin 4 faizdən 6 faizə qaldırılması üçün mərhələli şəkildə işlər aparılmalıdır.