ƏT BAHALAŞDI! – Ekspert: “Qəbzlərini çıxarsam, partlayış olar”


  

“Ətin bahalaşması ümumi qiymət artımı ilə bağlıdır. Bazara heyvan çıxaranların xərcləri artıb deyə, ətin qiyməti də bahalaşıb. Bunu hansısa başqa səbəblə əlaqələndirmək, hansısa “əsas” axtarmaq yersizdir”. 
Bunu “Sherg.az”a açıqlamasında iqtisadçı Fuad İbrahimov deyib. O qeyd edib ki, dünya bazarında ərzaq məhsullarının qiymətində ucuzlaşma gedir, bizdə isə əksinə - bahalaşma: 

“Mən artıq qiymət müqayisəsi aparmaqdan yorulmuşam. Biz 2011-ci ildən bazarlarda monitorinq aparırıq. 2011-ci ilin qəbzlərini ortaya çıxarsam, partlayış olar. Deyirlər, əmək haqqı 20 faiz artıb. Əmək haqqı 20 faiz artması müqabilində ərzaq məhsullarının da qiymətində 20 faiz bahalaşma olursa, təbii ki vətəndaş buna pul çatdıra bilməyəcək”.
Məlahət