Britaniya nəşri: OPEC+ Qərb ölkələrinə üçqat zərbə vurur

Bəzi OPEC+ üzvü olan dövlətlərin neft hasilatını azaltmaq qərarı Qərb ölkələrinə üçqat zərbədir.
Bu barədə Böyük Britaniyanın “The Telegraph” qəzetində dərc edilən məqalədə bildirilir.
“Yüksək neft qiymətləri inflyasiyanı stimullaşdıracaq. OPEC+ qərarı Səudiyyə Ərəbistanının Qərbdən üz döndərərək Çinlə üz-üzə qaldığını göstərir. Neftin qiymətinin artması həm də gəlirləri artacaq Rusiyaya qarşı sanksiyaları yumşaldacaq”, - deyə qeyd edilir.
Əlavə edilir ki, Moskvaya məhdudiyyətlərin tətbiqi gecikib. Onlar yalnız keçən ilin dekabrında qüvvəyə minib və Rusiyanın gəlirləri azalmağa başlayanda, “OPEC işə qarışıb və onları yenidən stimullaşdırıb”.
OPEC+ sazişinin 20 iştirakçısından 9-u, o cümlədən Rusiya aprelin 2-də neft hasilatını azaltmaq qərarına gəldikdən sonra yanacağın qiymətləri kəskin artıb.
“Associated Press” xəbərdar edib ki, insident ABŞ-ni inflyasiya və benzin qiymətlərinin artması riski ilə üz-üzə qoyub.