Neft ucuzlaşdı!

Dünya bazarında neftin qiyməti iki günlük artımdan sonra 0,38 % enib.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin iyun fyuçersləri 87 ABŞ dollarına satılıb. "WTI" markalı neftin may fyuçerslərinin qiyməti isə 0,32 % düşüb və 1 bareli 82,99 ABŞ dolları təşkil edib.

Bazarlar ABŞ Energetika Nazirliyinin ölkədəki neft ehtiyatları ilə bağlı məlumatlarını qiymətləndirir. Aprelin 7-dək olan həftə ərzində ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatları 0,6 milyon barel artaraq 470,5 milyon barelə çatıb. Analitiklər isə ehtiyatların 0,6 milyon barel azalacağını güman edirdilər.

Eyni zamanda, ABŞ-da neftin strateji ehtiyatları həftə ərzində 1,6 milyon barel azalaraq 369,6 milyon barelə düşüb ki, bu da 1983-cü ilin noyabrından sonra ən aşağı göstəricidir.