Strateji valyuta ehtiyatlarımız 10 milyard dollardan çox artıb

2023-cü il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 62 milyard 570,6 milyon ABŞ dollarına yüksəlib.
APA xəbər verir ki, bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 4 milyard 541,3 milyon ABŞ dolları və yaxud 7,8% artıb.
Son bir ildə isə ölkənin strateji valyuta ehtiyatları 10 milyard 170,1 milyon ABŞ dolları və yaxud 19,4% artıb.