"Muğan Bank"ın Müşahidə Şurası yenidən formalaşdırılıb

"Muğan Bank" ASC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib.
"Report" Banka istinadən xəbər verir ki, bu, Munir Vəliyevdir.
Onun sədr vəzifəsində əvəz etdiyi Elmir Mehdiyev isə bundan sonra Şuranın üzvü kimi fəaliyyət göstərəcək.
Bundan başqa, indiyə qədər Şurada təmsil olunan Urfan Göyüşov və Şaiq Ələkbərov vəzifələrindən azad edilib, onları Amil Vəliyev, Ramiz Dadaşov və Teymur Vəliyev əvəzləyib.
Bundan başqa, "Muğan Bank"ın səhmlərinin 11,58 %-nə nəzarət edən, ötən ilin noyabr ayında vəfat etmiş Maqbet Mehdiyevin payı Bankın digər səhmdarı - Fəridə Mehdiyeva keçib və onun payı 10,03 %-dən 21,61 %-ə çatıb. Digər səhmdarların payı isə dəyişməyib. E.Mehdiyev yenə də səhmlərin 67,74 %-nə, Vəfa Vəliyeva isə 10,65 %-nə nəzarət edir.
Xatırladaq ki, "Muğan Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 107,5 milyon manatdır.