Ötən ay əhali restoranlara nə qədər xərcləyib?

2023-cü ilin mart ayında Azərbaycanda əhali kafe və restoranlara 159 milyon 272,8 min manat vəsait xərcləyib.
Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edək ki, ötən ilin mart ayı ilə müqayisədə ictimai iaşə dövriyyəsi 22% artım göstərib.
Xatırladaq ki, cari ilin mart ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 883.2 milyon manat təşkil edib.