Hər gün qiymətlər artır: Gələn ildən inflyasiya...

  "Bu il inflyasiya 10,4 faiz proqnozlaşdırılıb, lakin bu, real deyil".  Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında millət vəkili Əli Məsimli deyib. 

Deputat bildirib ki, qiymətlər sürətlə qalxır: "Qiymətlərin sürətlə artması bir sıra sosial göstəricilərə illik deyil, rüblük baxmağı vacib edir. Demək olar ki, hər gün qiymətlər artır. Gələn ildən inflyasiyanın bu dərəcədə yüksək artması proqnozu keçəcək. Ona görə yenidən əmək haqları, pensiyaların, digər ödənişlərin artırılması üçün ehtiyat maliyyə resurslarının ayrılması istiqamətində tədbirlər görülməsini vacib hesab edirəm”.