Azərbaycan Gürcüstanla sərmayələrin təşviqi və əməkdaşlığın perspektivləri barədə müzakirələr aparıb.
“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Gürcüstana səfərim çərçivəsində bu ölkənin Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə ikitərəfli iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artımı, sərmayələrin təşviqi və əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük”, - nazir qeyd edib.