Dünya birjalarında neft ucuzlaşmaqda davam edir.
"Brent" markalı neftin bir barreli 75,20 dollara, yüngül neftin bir barreli isə 70,34 dollara təklif olunur.
Neftin bazardakı vəziyyətini "Sherg.az" üçün şərh edən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, gündəlik brijalarda neftin qiymətinin 1-2% bahalaşması və ya tam əksi ucuzlaşması normal haldır:
"Dünya bazarında neftin qiymətində olan dalğalanmalar hər zaman olub. Qiymətlərdə azalmanın əsas səbəbi isə, Çin kimi yüksək neft idxalçısı olan ölkənin iqtisadiyyatında yaranan durğunluqdur. Belə ki, ümumiyyətlə iqtisadiyyat zəifləyən zaman neftin alışı azalır və buda qiymətin ucuzlaşmasına ilə nəticələnir".
X.Kərimli neftin qiymətinin ucuzlaşmasında digər bir səbəb hasilatın artması olduğunu vurğulayıb:
"Baxmayaraq ki, OPEC+ son illərdə neft hasilatını 5 milyon barel azaldıb. Üstəlik 1 milyon bareldə Səudi Ərəbistan bu il könüllü surətdə azaltdı. Amma yenədə bəzi ölkələrdə hasilat artıb. Məsələn, ABŞ- da hazırda rekord həcimdə neft hasil olunur. Nəticədə təklif tələbdən çox olur. OPEC+ un son iclasından gözləntilər çox idi. Amma gözlənilənlərin əksinə iclasdan qəti qərarlar çıxmadı. Konkret olaraq hər ölkənin nə qədər neft hasil etməsi öhdəliyyi müəyyənləşmədi. Lakin baş verənlərə rəğmən ümumilikdə neftin qiymətində ucuzlaşma tendensiyasının davam edəcəyi praqnozlaşdırılmır".