Mərhum gitaraçının oğlu: "Çalışıram ki, atamın gitarasını toz basmasın..." - FOTO

Faciəvi şəkildə dünyasını dəyişən gitara ifaçısı Nofəl Süleymanovun oğlu Rəvan atasının sənət yolunu davam etdirir.
“Sherg.az” xəbər verir ki, musiqiçinin oğlu “Həmin Zaur “proqramında qonaq olub. O, aparıcı Zaur Kamalın suallarını cavablandırıb:
“Atam sağ ikən  gitarada ifa edirdim. Lakin daha çox dərslərimlə məşğul olurdum.

Üç qardaş bir bacıyıq. O biri qardaşlarım musiqi ilə məşğul olmurlar. Böyük qardaşımın idmana marağı var, balaca qardaşım da orta məktəbdə təhsil alır.

Mən də 13 yaşındayam. Çalışıram ki, atamın gitarasını toz basmasın, köhnəlməsin. İnşallah onun sənətini layiqincə davam etdirəcəm”.
Rəvanın gitarada çox gözəl ifa etdiyini söyləyən Z.Kamal təəccübnü gizlədə bilməyib.
Qeyd edək ki, ötən il N.Süleymanov evdə 17 yaşlı oğlu Şövqünün ehtiyatsızlıqdan ov tüfəngindən atəş açması nəticəsində dünyasını dəyişib.