Zaurdan Vüsaləyə DƏSTƏK:"Dərdin sənindir, təsəllimiz ağrını azaltmaz" 

Qardaşının vəfatı ilə əlaqəli efir fəaliyyətini dayandıran Vüsalə Əlizadəyə dostları dəstək olublar. Onun aparıcılığa davam etməsini istəyiblər.
“Sherg.az” xəbər verir ki, digər aparıcı Zaur Baxşəliyev də həmkarı ilə bağlı paylaşım edib. O, Vüsalə haqda bu sözləri yazıb:
“Əziz insan, dərd azar kimidir, batmanla gələr, misqalla çıxar. Dərdin sənindir, təsəllimiz ağrını azaltmaz. Nə çəkdiyini sən yaxşı bilirsən. Sən həm də bir nəslin çörək ağacısan, indi üzərində daha böyük məsuliyyət var. İşinin başına dönməlisən, minlərlə tamaşaçın səni gözləyir. Aramıza qayıt və davam et.  Allah qardaşımıza rəhmət eləsin, onun da ruhu şad olar. Çünki o səni hər zaman səhnədə görmək istəyirdi. İnşallah efirə davam edərsən”.
Qeyd edək ki, aparıcının hərbçi qardaşı Əlihüsyen Əlizadə ötən ay avtomobil qəzasında dünyasını dəyişib.