Məhşur "Kontrabas" əsəri Şah Mat Teatrının səhnəsində...

Dekabrın 11-də Müstəqil Şah Mat Teatrının səhnəsində  müasir alman yazıçısı Patrik Züskindin “Kontrabas” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq. Teatrının bədii rəhbəri Mir Qabil Əkbərovun quruluş verdiyi mono-tamaşada baş rolu aktyor Fərid Vəliyev ifa edir. 
Teatrın mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə Xronometrajı 50 dəqiqə olan tamaşanın quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Şükür Babayevdir.

Kubizm yanaşması ilə qurulan yeni tamaşada əsas mövzu kontrabasçını, yəni qəhrəmanın ilk öncə kontrabasdan, ona olan sevgisindən danışıb sonra isə onu parça-parça etmək istəyindən ibarətdir. Rejissor hazırladığı tamaşada  bunu alt qatında demək istəyirik ki, orkestr insan cəmiyyətinin eynisidir və nə olur olsun biz bu cəmiyyətdə hansısa bir alətdə ifa etməyə yəni yaşamağa məcburuq.

Qeyd edək ki, tamaşa 16+  hazırlanıb. Tamaşanın biletlərini tamaşa zamanı teatrın binasından əldə etmək olar(Təbriz Xəlilbəyli,23)