GÖZƏL GÜNLƏR: Ramiz Mirişli , Şövkət Ələkbərova və Flora Kərimova...

"Gözəl günlər" rubrikasında bu dəfə bəstəkar Ramiz Mirişli, Xalq artistləri Şövkət ƏləkbərovaFlora Kərimovanın nadir fotolarından birini təqdim edirik. 

Tanınan və sevilən müğənnilərin əksəriyyəti Ramiz Mirişlinin yaradıcılığına müraciət edib. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rəşid Behbudov, Flora Kərimova, İlhamə Quliyeva, Yaşar Səfərov, Elmira Rəhimova və sonrakı illər sənətə gələn müğənnilər bəstəkarın həzin, ürəkoxşayan mahnıları ilə şöhrətləniblər. Böyük bir nəsil onun mahnıları ilə yetişib. Böyük bir nəslin mahnı zövqünü təmin edib bu mahnılar...