Ramiz Abutalıbovun nəşi Moskvadan Bakıya yola salınıb 

Yanvarın 1-də Rusiya paytaxtında vəfat edən tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi dəfn olunmaq üçün Vətənə yola salınıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mərhumun nəşi bu gün Moskvanın Domodedovo hava limanından Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə Moskvadan Bakıya göndərilib.

Ramiz Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Görkəmli diplomat sabah Bakıda II Fəxri xiyabanda dəfn olunacaq.