Qalmaqal! - Rövşanə Ağasəfqızı İlkin Əhmədovu efirə buraxmadı - NİYƏ?

Aprıcı Rövşanə Ağasəfqızı və Əməkdar artist İlkin Əhmədov arasında qalmaqal yaşanıb. 
“Sherg.az” xəbər verir ki, buna səbəb sənətçinin “Space səhər” verilişinə gecikməyi olub. Proqramın bitməyinə 10 dəqiqə qalmış gələn Əhmədovu Rövşanə efirə buraxmayıb:

“İlkin Əhmədovu dəvət etmişik, Respublikanın Əməkdar artistidir. Canlı efirə gəlirsən, biz səhər 6-dan buradayıq. Haradasan, İlkin Əhmodov? Biz sənə hörmət etmişik, əziz bilmişik, anonslar paylaşılıb, fəxri ad daşıyırsan. Vaxtında efirə gəlmək lazımdır.  Gələ bilmirdinsə, deyərdin, vaxtım yoxdur. Nə qədər müğənninin efirə çıxmaq üçün ürəyi gedir. Canla-başla gəlib əyləşəcəkdilər. Bu qədər tıxac olar?  

Biz bütün komandamız buradayıq. Bu hörmətsizlikdir. Bizdən özünə qarşı nə vaxt hörmətsizlik görmüsən? Nə haqqla efirimizi boş qoyursan. Biz sənə bu haqqı verməmişik. 

Gələ bilməsən, deyərdin ki, yatıb, yeyib qalacam. Əməkdar artistsən bu ölkənin təmsilçisisən, xaricə gedib, ölkəni təmsil edirsən. Biz də səni dəvət etmişik, amma bizə və xalqına qarşı hörmətsizlik yaradırsan. Efirin bitməyinə az qalıb. Gəlsən də, qəbul etməyəcəyəm.  

Çox əsəb yaşadıq, artıq 10 dəqiqəyə efir bitir. Sənin ucbatından verilişimiz alt-üst oldu. Əməkdar artistdi biz hörmətsizlik göstərməmişik, onu hər zaman sevgi ilə qarşılamışıq. Biz onun üçün vaxt ayırmışıq, amma gəlmir”.