Elxan Qasımovla vida mərasimi keçirilib - FOTO

Əməkdar artist, aktyor və kinorejissor Elxan Qasımovla evində və "Azərbaycanfilm" kinostudiyasının həyətində vida mərasimi keçirilib.

APA xəbər verir ki, vida mərasimində mərhumun sənət dostları, mədəni-ictimai xadimlər, media mənsubları iştirak edib.

Vida mərasiminin ardından Elxan Qasımovun cənazəsi Xırdalan qəbiristanlığına aparılıb. O, oğlu Samir Qasımovun yanında dəfn olunacaq.

Xatırladaq ki, bir müddətdir, reanimasiyada olan Elxan Qasımov mayın 9-da əməliyyat olunub. Ona aorta anevrizmasının partlaması diaqnozu qoyulub. Əməkdar artistin müalicəsi vəfat edənə qədər reanimasiyada davam etdirilib.