Elxan Qasımov oğlunun yanında dəfn olundu

Ötən gün vəfat edən Əməkdar artist Elxan Qasımov dəfn olunub.

“Report” xəbər verir ki, mərhum Xırdalan qəbiristanlığında oğlunun məzarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

Qeyd edək ki, E.Qasımovun oğlu rejissor Samir Qasımov 2005-ci ildə 32 yaşında (1973-2005) avtomobil qəzasında dünyasını dəyişib.