Məşhur aktyor vəfat etdi 

"Vanishing Point" filminin ulduz aktyoru Barri Nyuman vəfat edib.
 
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, həyat yoldaşı Angelanın 3 iyun bazar günü The Hollywood Reporter-ə verdiyi məlumata görə, Nyuman mayın 11-də dünyasını dəyişib.

Qeyd edək ki, 1971-ci ildə "Vanishing Point" və "Petrocelli" filmlərindəki rolları ilə tanınan aktyorun ölüm səbəbi hələ açıqlanmayıb.
Xatırladaq ki, 2009-cu ildə səs telinin xərçəngi diaqnozu qoyulan Nyuman həmin il aktyorluğa fasilə verib və 2022-ci ildə "Finding Hannah" adlı müstəqil filmdə baş rolla yenidən sənayeyə qayıdıb.