Balayev nazirlikdəki tədbirdə niyə yox idi?  - Şəfiqə Məmmədovaya görə, yoxsa...

Mədəniyyət Nazirliyinin tabeliyində olan “Azərbaycan Kino Agentliyi” publik hüquqi şəxsi (ARKA) film layihələri müsabiqəsi elan edib.

İyulun 17-də Mədəniyyət Nazirliyində kino ictimaiyyəti nümayəndələrinin iştirakı ilə müsabiqəyə həsr olunan təqdimat tədbiri keçirilib.

Tədbirdə nazir Adil Kərimli, Xalq artistləri, mədəniyyət adamları iştirak edib. 

Diqqət çəkən məqam isə görüşdə Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin yer almaması olub. 

Çoxu düşünüb ki, aktyorun səhhətində problem yarandığı üçün tədbirə qatılmayıb. Bunun əksinə Balayevin görüşdə yer almama səbəbinin onun qalmaqal yaşadığı iddia olunan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova ilə bir araya gəlmək istəməməsi olduğunu yazıb. 

“Sherg.az” R. Balayevin özü ilə əlaqə saxlayıb, məsələyə aydınlıq gətirib. 

Aktyor bildirib ki, hazırda Bakıda olmadığı üçün görüşdə iştirak edə bilməyib.