Eyyub Yaqubovun solo konserti baş tutub

19 avgust "Yaşıl Teatr"da Xalq artisti Eyyub Yaqubovun solo konserti baş tutub. Konsert "Big band sound pro" tərəfindən təşkil olunub.

"Sherg.az" xəbər verir ki, Gecədə "Big band" qrupunun bədii rəhbəri Fuad Musayev və Xalq artisti Cavan Zeynallının canlı ifaları da yer alıb.

Eyyub Yaqubov pərəstişkarlarını bir-birindən gözəl mahnıları ilə sevindirib. Onların arasında: "Kim bilir","Sovetskiy", "Yaşa Məhəbbətim", "Abşeronum", "Azəri torpağı", "Ağabala Çaykovski", "Ana" və s.

Konsert proqramında sevilən mahnılarla yanaşı yeni mahnılar da təqdim olunub. "Növbəti stansiya Zuqulba" adlı yeni mahnılardan birini təqdim edən sənətkarın gecə boyunca etdiyi söhbətləri də izləyicilər tərəfindən maraqla qarşılanıb.

O, evin sonbeşiyi olduğunu, uşaqlıqda "Romeo və Cülyetta" filmini çox sevdiyini və dəfələrlə gedib izlədəyini, həm də yazıçı olmaq istəyini sevənləri ilə bölüşüb.

Konsert "Big Band"in möhtəşəm müşayiətilə baş tutub. Konsert boyu ifa olunan rəqslər isə gecəyə xüsusi rəng qatib.

Qeyd edək ki, iki günlük konsert bugündə - 20 avqust tarixində davam edəcək.