Xalq artistindən müəllimlərə irad!

Xalq artisti Mehriban Zəki sosial şəbəkə hesabında tənqidi paylaşım edib.
"Sherg.az" xəbər verir ki, sənətçi aktyorluq ixtisasının qabiliyyət imtahanında iştirak edən abituriyentləri hazırlaşdıran müəllimlərə irad bildirib.
"Gələn il üçün aktyor sənəti ixtisasına abituriyentləri hazırlaşdıran müəllimlər!
Lütfən bütün uşaqlara eyni şeir, eyni etüd, eyni monoloq öyrətməyin. Sanki hamı bir-birini "kopy-past" edib. Fərqli və fərdi yanaşın gənclərə.  Sənəti sevin ki, sənət də sizi sevsin", - deyə, aktrisa vurğulayıb.