Sağının libası heyrətlə qarşılanıb

Heç belə olmamışdı

Son zamanlar  Türkiyədə “Aşkın olayım” musiqi parçasıyla məşhurlaşan pop ifaçısı Simge Sağın 30 avqust – Zəfər bayramı günündə Cəmil Topuzlu adına  Hərbi Açıq Hava Teatrının səhnəsinə çıxıb. 

İfaçının məxsusi olaraq Zəfər bayramı üçün tikdirdiyi geyim müzakirə edilir. Hündürlüyü 3 metr 20 santimetr, eni isə 4 metr yarım olan geyimdə səhnəyə çıxan ifaçı tamaşaçıları heyran edib. “Bu gün səhnəyə çıxıb azad bir şəkildə mahnılarımı ifa edirəmsə, buna görə Mustafa Kamal Atatürkə və silahdaşlarına borcluyam. Onlar olmasaydı, bu gün burada olmayacaqdıq. 

Çox önəmli bir gündür və onun unudulmaz olması üçün əlimdən gələn nə varsa nümayiş etdirəcəyəm”, söyləyən ifaçı səhnəyə çıxaraq hit-mahnılarını səsləndirib. Daha sonra ifaçı “10-cu il Marşı”nı səsləndirib.  Səhnədə coşqu ilə qarşılanan S.Sağının  libası isə heyrətlə qarşılanıb. Üzərində, Türkiyə tarixinin şanlı səhifələri və Qurtuluş savaşından epizodlar əks olunan libası ifaçı birbaşa səhnədə, 20 nəfərin köməyi ilə, tamaşaçıların gözü qarşısında geyinib. Tamaşaçılar bu möhtəşəm görüntülərlə müşayiət olunan marşı ifaçı ilə birlikdə  səsləndiriblər.