Röyadan “Biri var”da bir ilk! 

Xalq artisti Röya Ayxan “Biri var” adlı 3 günlük konsert proqramına start verib.

“Sherg.az” xəbər verir ki, ötən gün Bakı Konqres Mərkəzində səhnə alan sənətçinin tədbiri maraqlı anlarla yadda qalıb.

Gecədə həm köhnə mahnılarını, həm də “14/41” albomundan hitlərini səsləndirən sənətçinin geyimləri və səhnə şousu da olduqca bəyənilib.

Azərbaycanda bir ilkə imza atan Xalq artistinin konsertində xaricdən gətirilmiş robot mexanizmindən istifadə olunub.

Röya həmçinin konsert öncəsi jurnalistlərə müsahibə verib, səhnə geyimləri və şousu ilə bağlı sualları cavablandırıb.

Estrada ulduzu bildirib ki, gecədə ailə üzvlərindən oğlu Hüseyn onu izləmək üçün konsertdə olacaq.

Qeyd edək ki, konsert "KEvents Group" və "Peachline”ın təşkilatçılığı ilə baş tutub.

Foto: Teymur Məmmədov