Küsülü olan Xalq artistləri barışdı?!

Uzun müddətdir ki, küsülü olan Xalq artistləri Nurəddin Mehdixanlı və Bəsti Cəfərovanın barışdığı iddia olunub.

"Sherg.az"ın məlumatına görə, illərdir bir araya gəlməyən, eyni kadrda olmaqdan qaçan sənətçilər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının açılış mərasimində “buzları əridib”. 

Tədbirdə birgə foto çəkdirən aktyorların bu görüntüsü xüsusi diqqət çəkib.

Kadrda Azdrama-nın bədii rəhbəri Mehriban Ələkbərzadə, Xalq artistləri Firəngiz Mütəllimova və Sabir Məmmədov da yer alıb.

Qeyd edək ki, illər öncə iki sənətçi qalmaqal yaşamış, dostluq münasibətlərini bitirmişdi. Onlar nəinki eyni kadrda olmaq, hətta bir-biriləri haqqında açıqlama da vermirdilər.