“Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət”  tədbiri baş tutdu

Bu gün Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Mərkəzinin qarşısında açıq məkanda Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil olunub. 

Sherg.az xəbər verir ki, Tədbir çərçivəsində Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendinin, gündəlik həyatda istifadə olunmuş məişət əşyalarının, seçilmiş tarixi abidələrin 3D maketlərinin nümayişi olub.
 
Tədbir qala konserti ilə başa çatıb.