Jurnalist nazirə müraciət etdi: “İftixar Piriyevi dayandırın!””

Jurnalist Turan Etibaroğlu İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktoru İftixar Piriyevlə bağlı mədəniyyət naziri Adil Kərimliyə müraciət edib.

"Sherg.az" xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkə hesabında yazıb:

“İftixar Piriyev o qədər vəzifə aludəçisi olub ki, gözü heç nəyi görmür! O vəzifə səlahiyyətlərini aşır. Adam artıq dövlət qulluqçusuna, özündən vəzifəcə böyük xanıma hücuma keçib. "Facebook"da küçə söyüşləri ilə təhqir yazır, böhtan atır. Bir xanıma qarşı iyrənc hərəkətlər edir. Bu toxunulmazlığı ona kim verib? Xanımın məmur olmasını kənara qoyuram. Qadına qarşı təhqirlər yolverilməzdir. Bu hərəkətin bircə adı var "Mən heçkimi saymıram". Sabah naziri, onun müavinlərini, bütün nazirliyi təhqir etsə, təəccüblənmərəm".

Daha sonra jurnalist bildirib ki,: "Cənab nazir Adil Kərimli hüquqşünasdır. İnşallah, bu tərbiyəsizliyin hüquqi bir yolu olacaq! İftixar Piriyevi dayandırmaq lazımdır.  

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, sizə səslənirəm, direktoru dayandırın!”

Qeyd edək ki, Teatr direktoru "Facebook" səhifəsində Vəfa adlı xanım haqqında təhqir dolu statuslar yazır. Həmin şəxsin isə Mədəniyyət Nazirliyinin sektor müdiri Vəfa Novruzova olduğu bildirilir.

Turan