“Çiçək Ayın Qatilləri” filminin yeni treyleri yayımlanıb

Baş rollarda Leonardo Di Kaprio, Robert De Niro və Brendan Freyzerin yer aldığı “Çiçək Ayın Qatilləri” filminin yeni treyleri yayımlanıb. 

Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, 3 saat 26 dəqiqəlik film oktyabrın 20-də tamaşaçılarla görüşəcək. Kann Film Festivalında nümayişindən sonra 9 dəqiqəlik ayaqda alqışlanan filmin heyətində Lily Gladstone, Jesse Plemons, Cara Jade Myers, JaNae Collins, Jillian Dion və Tantoo Cardinal kimi adlar var.