“Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti" UNESCO-nun siyahısına daxil edilib

Azərbaycan və Türkiyənin birgə hazırladığı “Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli mədəniyyət elementi Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi Komitəsinin 18-ci sessiyasında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Təmsilçilik Siyahısına (İCH) daxil edilib.
"Report" xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının "X" hesabında paylaşım edilib.
Bildirilib ki, artıq Azərbaycanın Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısında 23 elementi var. Yeni əlavə olunanlar aşağıdakılardır:
- İşıq sənəti: Təzhib/Tazhib;
- İftar və onun sosial-mədəni ənənələri;
- Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti;
- Sədəf düzmə sənətkarlığı.