"Rəqs edən Musa" heykəli təxminən 22 əsr sonra Muğlanın Stratonikeia Qədim Şəhərində tapılıb. Görüləcək işlərdən sonra heykəl Muğla Muzeyində sərgilənəcək.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, antik mifologiyanın ilham perilərindən biri olan "Rəqs edən Musa" heykəli 2175 ildən sonra yenidən gündəmə gəlib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, antik şəhərdə aparılan işlər nəticəsində ortaya çıxan heykəl hissələri orijinaldır.
Dünyanın müxtəlif yerlərində eramızdan əvvəl 2-ci əsrin məşhur heykəltəraşlarından olan Philiskos tərəfindən ərsəyə gətirildiyi bilinən ilham perilərindən olan Zevs və Mnemosinenin qızları olan "Rəqs edən Musa"nın yalnız Roma dövrünə aid nüsxələri məlumdur.
Arxeoloqlar üçün o da vacibdir ki, əsər Ellinizm dövrünün məşhur heykəltəraşı Filiskosun Stratonikiyada işlədiyini göstərir. Aparılan qazıntılar zamanı əsası ilə birlikdə üzə çıxarılan heykəlin başı və qolları tapıntılar arasında deyil.
Bu heykəlin surəti əvvəllər Qədim Perge şəhərində, eləcə də Rodosda Roma hamamlarında tapılmışdı. Görüləcək işlərdən sonra heykəl Muğla Muzeyində sərgilənəcək.