Qərar verilib, yaxın günlərdə Laçın yolunda sərhəd və gömrük postları qurulacaq

"Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliklərinin bəyanatları, o cümlədən Ombudsmanın bugünkü açıqlaması birmənalı şəkildə Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması vacibliyindən xəbər verir. Bu o deməkdir ki, qərar verilib, yaxın günlərdə Laçın yolunda sərhəd və gömrük postları qurulacaq". 
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq deyib ki, bu işin asan olmayacağı bəllidir:

"Bir tərəfdən məsələnin hərb-texniki tərəfləri həll edilməli, digər tərəfdən bu çalışmalar bölgədəki Rusiya hərbi kontingenti ilə toqquşmadan baş verməlidir. Şuşa kimi istehkam şəhəri işğaldan qurtardıqsa, yolda sərhəd və gömrük postları qurub sərhədi nəzarətə götürməyi də bacaracağıq".