Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkət etmələri təmin olunub.
RSK-nın üç minik, 31 yük avtomobili Xankəndidən Laçın istiqamətinə, 22 yük, dörd minik avtomobili isə əks istiqamətdə maneəsiz hərəkət edib.
Bu bir daha onu sübut edir ki, yol, aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 60-a çatıb.