Cənubi koreyalı 6 yaşlı Yutub fenomeni Boram paytaxt Seulda 8 milyon dollar dəyərində beşmərtəbəli mülk alıb.
Teleqraf.com xəbər verir ki, Yutub kanalında 30 milyondan çox izləyicisi olan azyaşlı qız malikanəni ailəsi tərəfindən qurulan “Boram” şirkətinin vasitəsilə alıb.
Lakin malikanəyə xərclənilən pulu Boramın özü qazanıb.
İki fərqli Yutub kanalı olan balaca qızın kanallarının birində 13,6 milyon, digərində isə 17,6 milyon izləyicisi var. Boramın bəzi videoları 350 milyondan çox izlənilib.
Onun aylıq gəlirinin 3 milyon dollar olduğu bildirilir.
“Forbes”ə görə, ötən il ən çox gəlir əldə edən Yutub fenomeni 22 milyon dollarlıq qazancı ilə 7 yaşlı amerikalı Rayan Kaji olub.