İt məhkəmədə şahid kimi iştirak etdi

Kosta Rikanın Atenas şəhərində bu günə qədər baş verməmiş məhkəmə keçirilib

Sherg.az xarici mediaya istinadən bildirir ki, “Campeon” adlı 2 yaşındakı itin istismar və ona pis münasibət göstərildiyi üçün sahibi məhkəməyə verilib. Məhkəmə prosesində şahid qismində kürsüyə həmin it əyləşdirilib. 
İlk prosesdə itlə birgə məhkəməyə gələn Sahibsiz Heyvanlara Yardım Birliyinin sədri Dora Kastro, itin sahibi tərəfindən istismar edildiyini söyləyib. Məsələ heyvan hüquqlarını müdafiə tərəfdarları tərəfindən böyük addım olaraq dəyərləndirilib. 
Kosta Rika qanunlarına görə, heyvanları öldürmə ilə bağlı 6 aydan 3 ilə, zərər vermək 6 aydan 2 ilə, sadə istismar 20 gündən 50 günə qədər həbs cəzası nəzərdə tutulub.