Məşhur türkiyəli müğənni Sertap Erener konsert zamanı bədbəxt hadisə ilə üzləşib. Oxu.Az xəbər verir ki, Sertap səhnədə ifa edərkən gözlənilmədən ayağı büdrəyib və yerə yıxılıb.
Yaşanan hadisənin görüntülərini rəsmi “İnstagram” hesabından paylaşan sənətçi olayı bu cür şərh edib: “30 ildən çoxdur səhnədə mahnı ifa edirəm. Ötən gün ilk dəfə yıxıldım. Çünki səhnə deyib çıxdığım yer tələlərlə dolu idi”.
Bundan əlavə, o, paylaşımında konsert zalının səhnəsinin təmir edilməsini, orada sənətçilərə təhlükə yaradan maneələri yenidən bərpa etməyə səsləyib.