ABŞ-da Kanzas-Siti ştatında Torres adlı bir qadın ölümdən geri dönüb. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın qulağında su qaldığını düşünüb və həkimə müraciət edib. Qadının qulağını müayinə edən həkimlər heyrətləniblər. Belə ki, qadının qulağında hörümçək aşkar ediblər. Nəhayət, həkimlər qəhvəyi rəngli hörümçəyi çıxara biliblər.
Qeyd edək ki, qəhvəyi rəngli hörümçək ən zəhərli hörümçəklərdən biridir. Həkim açıqlamasında deyib ki, qadın çox şanslı olub. Hörümçək onu dişləsəydi ölə bilərdi.
Torres açıqlamasında deyib ki: "Dünən qulağım tutuldu. Elə bilmişdim qulağıma su girib. Ona görə pambıq tıxadım qulağıma. Hörümçəyin qulağıma girəcəyini heç vaxt ağlıma gəlməzdi".