Süpürgəçilər kütləvi dava saldılar: 10 nəfər tutuldu

Moskvanın mərkəzində süpürgəçilər kütləvi dava törədiblər.

“REN TV” xəbər verir ki, polis 10 nəfərdən artıq insanı saxlayıb.

Yefremov küçəsində baş verən davada onlarla miqrant kürəklərdən və lomlardan istfadə edib. Buna baxmayaraq ciddi xəsarət alan olmayıb.

Hadisənin səbəbləri araşdırılır.