Melaniya Tramp fitə basıldı

ABŞ-ın birinci xanımı Melaniya Tramp Baltimor şəhərində çıxışı zamanı fitə basılıb.

Axar.az xəbər verir ki, M.Tramp Baltimorda keçirilən Gənclik Zirvəsində özünün təşəbbüskarı olduğu “Be Best” aksiyası çərçivəsində narkotik böhranı haqqında çıxış etmək üçün səhnəyə çıxıb.

Zirvənin aparıcısı Melaniya Tramp səhnəyə çıxmamışdan qabaq üstüörtlü şəkildə zaldakılara çağırış etsə də, bunun xeyri olmayıb. Birinci xanım çıxışa başlayan kimi zalda olan bir qisim insan tərəfindən fitə basılıb.