Donuz müxbirə hücum etdi - Reportaj yarımçıq qaldı

Yunanıstanda ANT1 telekanalının müxbiri donuz hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, daşqın olmuş Kineta qəsəbəsindən canlı bağlantı zamanı donuz müxbiri təqib etməyə başlayıb.

Jurnalist donuzun onu dişləməyə çalışdığını bildirib.

Nəticədə çəkiliş heyəti reportajı yarımçıq kəsməli olub.