Kim Çen In yeni görüntüləri ilə təəccübləndirdi - FOTO

Şimali Koreya lideri yeni effektiv  fotosessiya ilə təəccübləndirib. Kadrlar Kim Çen Inın müqəddəs Pektusan dağının ətəyində “hərbi şöhrət əraziləri”nə baxışı zamanı qeydə alınıb.

Life.ru-nun məlumatına görə, bu barədə Koreyanın “Mərkəzi Teleqraf Agentliyi” məlumat yayıb.

Bildirilir ki, bu yerlərdə II Dünya müharibəsi dövründə yapon hərbçilərə qarşı mübarizə aparan partizanlar düşərgə salıblar. Yürüş zamanı Kim Çen In sarsılmaz bir ruha sahib olmaq və mövcud çətinlikləri dəf etmələri üçün ölkə sakinlərini gəncliyi “Pektunun inqilabi ənənəsi” ilə tərbiyələndirməyə çağırıb.